Türkiyə Superliqasının 24-cü turu çərçivəsində “Beşiktaş” – “Kayseri Ərciyəsspor” matçında maraqlı anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, doğma meydanda autsayderə böyük hesabla qalib gələn oyunda “Qara qartallar”ın baş məşqçisi Slaven Biliç sevincini gizlədə bilməyib.

Belə ki, xorvatiyalı mütəxəssis kayserililərin qapısına vurulan 3-cü qoldan sonra su içmək üçün kənara çıxan Necip Uysaldan onu öpməsini istəyib.

Həmin anda futbolçu məşqçisinin sözünü yera salmayaraq onun istəyini yerinə yetirib.

Bu maraqlı anlar da fotorepartyorların diqqətindən qaçmayıb.

Mənbə
ANS PRESS