OPEC təşkilatı neftə olan tələbatla bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, təşkilatın mart ayına olan hesabatında bildirilir ki, OPEC 2015-ci ildə dünyanın neftə olan tələbatını sutkada 1,17 milyon barrelə qədər saxlayıb. Lakin bu il tələbatın 92,37 milyon barrelə qədər artacağı gözlənilir.

Bundan başqa hesabatda bildirilir ki, OPEC 2015-ci ildə neftin hasilatı ilə bağlı verilən proqnozu da doğruldub. OPEC ekspertlərinin yeni proqnozu isə bundan ibarətdir ki, 2015-ci ildə neftin sutka ərzində hasilatı 57,09 milyon barrelə çatdırılacaq.

OPEC-in hesabatına görə, 2015-ci ildə Rusiyanın ümum daxili məhsulu 3,2% təşkil edəcək. 2015-ci ildə Rusiya iqtisadiyyatının artımı üzrə proqnoza yenidən baxılaraq ötən ilin göstəricisi olan mənfi 2,4%-dən mənfi 3,2%-ə dəyişdirilib.
Mənbə
ANS PRESS