Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verdiyi təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, İrlandiyanın milli bayramı – Müqəddəs Patrik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim sülh və rifah arzulayıram".

Milli.Az