Yevlağın Aşağı Bucaq kəndində bir gündə iki evdə yanğın olub.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Gülüdə Məmmədova və onun qonşusu Sevda Həsənovaya  məxsus, hər biri 3 otaqdan ibarət olan evlər yanıb. Xoşbəxtlikdən, Sevda Həsənovaya məxsus evdə olan qaz balonu alovun təsirindən partlamayıb. Evlərin yanmasından qonşular xəbər tutaraq yanğınsöndürənləri köməyə çağırıblar. Hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qonşuluqdakı 3-cü evə yayılmasının qarşısı alınıb. Yanğının səbəbləri və hansı evdən başlaması ilə bağlı araşdırma aparılır.

Milli.Az