[ 16 Mart 2015 13:40 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nailə Apayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə N. Apayeva 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən il iyunun 18-də  N. Apayeva münaqişə zəminində rəfiqəsi Lalə Vəliyevanı küt alətlə vuraraq qətlə yetirib.