[ 16 Mart 2015 13:01 ]



Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 15-də Biləsuvar rayon sakini Elmar Hümmətli Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində kirayədə yaşadığı evdə qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Gəncə şəhər sakini Leyla Əliyevaya bıçaqla xəsarət yetirib.

 

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Hümmətli  tutulub.