Türkiyə Superliqasının 24-cü turunda səfərdə "Gənclərbirliyi"nə uduzan (1:2) "Fənərbağça" ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın aparıcı müdafiəçisi Egemen Qorxmaz zədələnərək sıradan çıxıb.
 
İlk hissənin sonlarında zədələnən Qorxmaz 43-cü dəqiqədə əvəzlənib. Onun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

Milli.Az