Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya mitinqlə bağlı xəbərdarlıq edib.

ANS PRESS-in məlumatına görə, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov razılaşdırılmış mitinqində hər hansı təxribatın baş verməsinə imkan verilməyəcəyini deyib.

“Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cavab verəcəklər”- deyə S.Bağırov xəbərdarlığında qeyd edib.
Mənbə
ANS PRESS