Avropa çempionu Bakıda yarışacaq
ANS PRESS-in məlumatına görə, üç dəfə dünya çempionu Çernoskulov Bakı 2015 Avropa Oyunlarına lisenziya qazanmaq üçün finalda Arsen Handyajyanı məğlub edərək 90 kq çəki üzrə Rusiyanın kişilər arasında Sambo yarışlarının qalibi olub. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.
Seçmə yarışları Sankt-Peterburq da keçirilib və yarışlarda 400-dən çox sambo güləşçisi iştirak edib. Səkkiz çəki üzrə qaliblər Bakı 2015 Avropa Oyunlarında, eləcə də noyabr ayında Mərakeşdə keçiriləcək sambo üzrə dünya çempionatına lisenziya əldə ediblər.
Yarışlara ev sahibliyi edəcək Azərbaycan və Belarus istisna olmaqla, Rusiya digər iştirakçı ölkələr arasında Bakı 2015 Avropa Oyunlarında səkkiz çəki dərəcəsinin (kişilər arasında 57 kq, 74 kq, 90 kq və + 100 kq; qadınlar arasında 52 kq, 60 kq, 64 kq və 68 kq) hər birində təmsil olunacaq yeganə ölkədir.
Osipenko, finalda çəkisi 160 kq, boyu 1,97m olan Rüstəm Arslanovu məğlub edərək +100 kq-da Rusiya yığma komandasını təmsil etmək hüququ qazanıb.
“Artyom qalib gəldi, amma çətinliklə”, - deyə Rusiyanın kişilərdən ibarət sambo komandasının məşqçisi Dmitri Troşkin bildirib və belə əlavə edib: “Artyom boyca daha kiçik olsa da, məharətlə döyüşdü və taktiki fəndlər sayəsində qalib gəldi. Bir neçə vəziyyətdə o aşırma fəndini yerinə yetirə bilərdi, lakin o, həmin vəziyyətlərdən istifadə etməmək qərarına gəldi. Ümumiyyətlə, Dünya Çempionatında və Bakı 2015 Avropa Oyunlarında iştirak hüququ qazanması onun üçün uğur sayılmalıdır.”
Son Avropa çempionu Aymergen Atkunov finalda Sayan Xerteki məğlub etməklə 57 kq çəki dərəcəsində qələbə qazanıb.
Sambo üzrə 16 ölkənin iştirak (doqquz ölkədən digər çəki dərəcələri ilə müqayisədə ən çox bu çəkidə idmançı mübarizə aparacaq) edəcəyi Bakı 2015 Oyunlarında kişilər arasında 74 kq çəki dərəcəsində keçiriləcək yarışların ən gərgin yarışlar olacağı gözlənilir.
Rusiyanı 74 kq çəki dərəcəsində bu ölkənin seçmə sambo yarışlarında debüt etmiş güləşçisi Azamat Sidakov təmsil edəcək.
“Bu kateqoriya üzrə həmişə qızğın mübarizə gedir və bu amil daha qiymətli Stavropol əyalətinin nümayəndəsi Azamat Sidakovun qələbəsini daha da qiymətli edir”, - deyə Cənab Troçkin bildirib.
Qadınlar arasında 64kq çəki dərəcəsində Rusiyanı Ulyana Bessonovanı məğlub etmiş debütant Anna Şerbakova təmsil edəcək.
2013-cü ildə keçirilmiş Dünya Çempionatının bürünc mükafatçısı Olqa Zaxartsova finalda Yekaterina Onopriyenkonu məğlub edərək 68 kq-da qalib olmuşdu.
Anna Xaritonova 52 kq çəki dərcəsində, Svetlana Burtseva isə 60 kq-da qalib gəlib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51