"Real"ın ispaniyalı müdafiəçisi Serxio Ramosun müqaviləsi 2017-ci ildə bitəcək.

ANS PRESS-in məlumatına görə, "Kral klubu" 28 yaşlı futbolçu ilə müqaviləni artırmaqdan imtina etdiyi bildirilir. Buna səbəb isə Ramosun klubu tərk etmək istəməsi göstərilir.

Danışıqların hələ də baş tutmaması da futbolçunun Madriddə qalmaq istəməməsi barədə gəzən söz-söhbətin doğru olduğunu sübut edir.

Qeyd edək ki, Ramos bu mövsüm çıxdığı 18 matçda 3 qolla yadda qalıb.
Mənbə
ANS PRESS