Almaniya Futbol İttifaqı milliyə dünya çempionu adlnı qazandıran baş məşqçi Yoahim Lövlə müqaviləni yeniləyib.

ANS PRESS-in məlumatına görə, yeni müqaviləyə əsasən Yoahim Lov 2018-ci ilədək Almaniya millisinə rəhbərlik edəcək.

Təcrübəli mütəxəssis milli komanda ilə Rusiyada keçiriləcək dünya çempionatınadək işləyəcək.

Xatırladaq ki, Löv 2006-cı ildən Almaniya millisinə baş məşqçilik edir. O, yığma ilə Avropa çempionatının gümüş və bürünc medallarını, dünya çemionatının isə qızıl və bürünc medallarını qazanıb.
Mənbə
ANS PRESS