[ 13 Mart 2015 21:38 ]
Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosu mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün təlim təşkil edib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ekspert Valentini Amarantidounun apardığı təlimdə iştirakçılar təkliflərin hazırlanması, təklifin təqdim olunması prosesi barədə məlumatlandırılıblar.
Büronun növbəti təlimi məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin peşəkarlığının artırılması üzrə aprelin 7-də təşkil olunacaq.
Qeyd edək ki, 2013-cü ildə fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək daxildir.