ANS PRESS-in məlumatına görə, bədəninin elastikliyinə görə Culiya Zlata hətta peşəkar idmançıları belə təəccübləndirir. O, ayaqlarını başının arxasından keçirərək arxasına tərəf apara bilir.
İlk əvvəllər gimnastikaya həvəskar kimi qatılan Zlata gündəlik məşqlərin sayəsində az zaman kəsiyində peşəkar idmançıya çevrilib. Onun elastik hərəkətləri o qədər məşhurlaşır ki, Zlata tez zamanda tanınmış sirk rəhbərlərindən təkliflər almağa başlayıb. Zlata müxtəlif sirklərin təkilifilə dünyanın bir çox ölkələrində perfomanslar göstərib.
Gənc gimnast bədənilə elə hərəkətlər edir ki, bunu nə peşəkar idmançılar, nə də həkimlər açıqlaya bilmir.
Culiya Zlata həmçinin gözəlliyinə və bədən quruluşuna görə də kişilərin qəlbini ovlayıb. O, səfər etdiyi ölkələrin hamısında kişilərin gözaltısına çevrilib.
ANS PRESS gözəlliyi və elastikliyilə kişilərin ağlını başından alan rus gözəlinin fotolarını təqdim edir:




















MənbəANS PRESS