Bakının Səbail rayonu Badamdar qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.Qəzaya sürücünün öz diqqətsizliyi də səbəb olub
Anspress-in məlumatına görə, qarşısına çıxan maneəni görməyən sürücü özünə məxsus avtomobillə təmir üçün nəzərdə tutulan mərmər plitələrə çırpılıb.
Qəzaya sürücünün öz diqqətsizliyi də səbəb olub. Sürücü Rauf Alışovun dediklərinə inansaq, bu yoldan, yəni Badamdar şossesindən az-az istadə edir. Elə buna görə də həmin yolda təmir işlərinin getdiyindən xəbərsiz olub.
Yol ayırıcı səkilər üçün nəzərdə tutulan daş plitələrə çırpılan maşın xeyli əzilib. Avtomobil sahibi isə yolda təmirin getdiyini göstərən heç bir nişanın olmamasından gileylənirdi.
Milli.Az