Türkiyə PTT I Liqa təmsilçilərində "Kayserispor"da forma geyinən millimizin qolkiperi Kamran Ağayev məşqdə bütün diqqətləri üzərinə çəkib.

ANS PRESS-in məlumatına görə, komandanın yarımmüdafiəçisi Okay Yokuşlu məşq zamanı qapını Kamran Ağayevdən təhvil alıb. Ağayev Okayın qapıçılıq bacarığını vurduğu zərbələrl yoxlayıb. Ağayevin zərbələri komanda yoldaşları tərəfindən alqışa layiq görülüb.

Komandaya yeni qoşulmasına baxmayaraq Kamran artıq komanda yoldaşlarının sevgisini də qazanıb. Onun son matçda etdiyi seyvlərlə ilk "11-lik"də yerini möhkəmlətdirdiyini də deyə bilərik.

Mənbə
ANS PRESS