Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başlayıb.
Səfər çərçivəsində Sloveniya Respublikasının prezidenti, parlamentin sədri, müdafiə naziri ilə və bir sıra digər görüşlərin keçirilməsi planlaşdırılır.
Səfər martın 14-dək davam edəcək.
Milli.Az