"Atletiko"nun futbolçusu Arda Turan yenə zədələnib.

 

Lent.az-ın "qol.az"-a istinadən xəbərinə görə, türk yarımmüdafiəçinin sol dizindən zədə aldığı bildirilib. Bu səbəbdən o, komandanın məşqində iştirak etməyib.

 

A.Turanın İspaniya La Liqasında "Espanyol"a qarşı matçda oynayıb-oynamayacağı hələlik müəyyənləşməyib.

 

Qeyd edək ki, "Espanyol" - "Atletiko" oyunu martın 14-ü keçiriləcək.

 

Xatırladaq ki, A.Turan bu mövsüm tez-tez zədə problemləri ilə üzləşir.