Bakı, 11 mart, AZƏRTAC
Novruz Bayramı ərəfəsində, martın 11-də Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin təşəbbüsü ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Komitənin korporativ direktoru Elçin Səfəovun AZƏRTACA verdiyi məlumata görə, bu aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.
Tədbirdə 300 nəfər, o cümlədən Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Əməliyyat Komitəsinin əməkdaşları və könüllülər iştirak ediblər. Aksiya iştirakçıları təxminən 1000 ədəd müxtəlif növ (şam, palıd, tut, qarağac və nar) ağac tingi əkiblər.
E.Səfərov bildirib ki, Komitə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaq şərti ilə başqa qəsəbələrdə də oxşar aksiyalar keçirməyə hazırdır. O həmçinin qeyd edib ki, Müşfiqabadda əkilmiş ağaclara gələcəkdə lazımınca qulluq ediləcək.