Bakıda kişi meyidi aşkar edilib
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün rayon ərazisində üzərində bir güllə yarası olan, şəxsiyyəti hələlik məlum olmayan kişi meyidi tapılıb.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparırlar.

Milli.Az