[ 11 Mart 2015 13:21 ]



Bakı. Cavid Zeynallı – APA. TRT radiosu yeni layihəsi ilə Ginnes  Rekordlar Kitabına düşməyi planlaşdırır. TRT-nin Bakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, “Dünyanın Ən Radio” adlı proqram TRT vasitəsilə dünyaya yayımlanacaq: “”Düyanın Ən Radio”  proqramı 19 mart 2015 tarixindən etibarən Azərbaycan, Almaniya  və Bosniya-Herseqovinadan yayımlanacaq. Bu yayımlar üçün məşhur simalar Bakıda toplanacaq. “Dünyanın Ən Radio” proqramının Bakıda keçiriləcək qalasına tanınmış simalardan Bayj və  Erkan Yavaş dəvətlidirlər. Bu program  TRT və İTV-nin  ortaq layihəsi olaraq reallaşacaq”.

 

TRT-nin Bakı təmsilçiliyindən bildiriblər ki, proqram TRT FM-dən həftənin cümə axşamları Bakı saatı ilə 21.00-23.00 arası Ankara, İstanbul və  İzmir studiyalarından 3 nöqtədən tək proqram tərtibatçısı ilə canlı bağlantılarla dinləyicilərin qonağı olacaq.

 

Martın 19-dan isə 3 fərqli ölkə  - Azərbaycan, Almaniya və  Bosniya Herseqovinadan yayım həyata keçiriləcək. Yayım hazırlıqları dünyanın 3 qitəsi - Amerika, Avstraliya və Asiya, eləcə də Sakit, Atlantik, Hind okeanlarından həyata keçirilməsi nəzərdə tutulur. Məqsəd  bu yeniliklərin Ginnes Rekordlar Kitabına düşməsidir.