Gecə saatlarında Siyəzən rayonunda yol qəza hadisəsi qeydə alınıb."MAN" və "KamAZ" markalı yük avtomobilləri toqquşub
Anspress-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, rayonun Gilgilçay kəndində "MAN" və "KamAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə “MAN” markalı yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.
Yanğınsöndürən-xilasedicilər xəsarət alanı avtomobildən çıxararaq Təcili Tibbi Yardım xidmətinə təhvil veriblər.
Əməliyyat saat 01:24-də başa çatıb.
Milli.Az