[ 10 Mart 2015 23:33 ]
Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün axşam saatlarında Hacıqabulda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin bir otaq və mətbəxinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1962-ci il təvəllüdlü Kazımov Asif Mirzağa oğlunun meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.