Ermənistan Milli Olimpiya Komitəsi bəyan edib ki, bu ölkənin idmançıları Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək.

Milli.Az modern.az-a istinadən bildirir ki, Ermənistan mətbuatında yer alan məlumatlara görə, Milli Olimpiya Komitəsi iştirak barədə qərarı idmançıların öz ixtiyarına buraxıb.
 
Ermənistan Güləş Federasiyası bundan öcə Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni güləşçilərin iştirakının əleyhinə olduğunu açıqlamışdı. Ermənistanın idman naziri Qabriel Kazaryan isə bildirmişdi ki, ölkə güləşçiləri I Avropa Oyunlarında mütləq iştirak etməlidirlər.
 
Milli.Az