"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal İngiltərə Federasiya kubokunun 1/4 finalında məğlub olduqları "Arsenal"la oyun haqda danışıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, hollandiyalı mütəxəssis BBC-yə açıqlamasında komandasının rəqibə deyil, özlərinə uduzduğunu bildirib:
"Paltardəyişmə otağında futbolçulara dedim ki, oyunu özümüz "Arsenal"a verdik. Bu da bizi çox məyus etdi. İkinci hissədə qol vurmaq şansımız olsa da, bundan yararlana bilmədik. Biz "Arsenal"a yox, özümüzə məğlub olduq. Meydana qələbə üçün çıxmışdıq və yarımfinalda oynamaq istəyirdik. Lakin alınmadı".
Qeyd edək ki, öz meydanında "Arsenal"a 1:2 hesabı ilə uduzan "Mançester Yunayted" turnirdə kubokda mübarizəni dayandırıb.
Milli.Az