“Avropa çempionatının budəfəki final mərhələsi daha maraqlı keçəcək. Çünki Fransada 24 komanda mübarizə aparacaq”.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib.
 
Avro-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan xorvatlar 4 oyundan sonra 10 xalla turnir cədvəlinə başçılıq edirlər. Kovaç da komandasının final mərhələsinə adlayacağına şübhə etmir: “Düzdür, qarşıda hələ 6 oyunumuz var. Xüsusən də, çətin səfər matçları keçirəcəyik. Ancaq Xorvatiya millisi qrupda ilk “üçlük”də yer almaq iqtidarındadır. Hədəfimiz Avro-2016-nı uğurlu keçirmək və Fransadakı turnirdə tarix yazmaqdır”.
  
Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 3-də seçmə mərhələ çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq.

Milli.Az