Türkiyə PTT 1 Liqasında 23-cü turun son oyunu keçirilib.

ANS PRESS-in məlumatına görə, milli komçandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə "Bucaspor"un qonağı olub. Oyun Kayseri təmsilçisinin 0-3 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Kamran sonadək meydanda olub və qapısını toxunulmaz saxlamağı bacarıb.

Qeyd edək ki, bu, Ağayevin PTT 1-ci liqada debüt, "Kayserispor"da isə ikinci oyunu idi. Millimizin qolkiperi Kayseri klubundakı debüt matçını Türkiyə Kuboku çərçivəsində "Beşiktaş"a qarşı keçirmişdi.

Mənbə
ANS PRESS