Dərmandan zəhərlənmiş qadın 2 gün sonra xəstəxanada ölüb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 5-də Nəhayət Nəbiyeva Bakının Səbail rayonu ərazisindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, N.Nəbiyevanın həyatını xilas etmək mümkün olmayıb və o, martın 7-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az