Bu gün bütün diqqətlər Türkiyəyə yönəlmişdi.

ANS PRESS-in məlumatına görə, Azərbaycanda da böyük azarkeş kütləsi olan qardaş ölkənin iki nəhəngi klubu - "Fənərbaхça" və "Qalatasaray" mövsümün ikinci qarşılaşmasına çıxıb.

İstanbul derbisində azarkeşlər 1 qol görüb. 81-ci dəqiqədə Dirk Kuyt "Qalatasaray"ın qapısına yol tapıb. Bununla da "Fəbərbaxça" 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qalatasaray" 23 turdan sonra 51 хalla "Beşiktaş"la birlikdə turnir cədvəlinə başçılıq edir. "Fənərbaхça" isə 50 хalla üçüncü pilləni tutur.

Mənbə
ANS PRESS