Xırdalanda fəhlə faciəli şəkildə ölüb. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə martın 6-da Xırdalan şəhərində yerləşən “Euroscon” ASC-nin emalatxanasında qeydə alınıb.
Orada işləyən Mail Qasımovun üstünə çuqundan olan qəlib düşüb və o, aldığı xəsarətdən hadisə yerində ölüb.