Sumqayıt, 6 mart, AZƏRTAC 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının( AFFA)
təşkil etdiyi U-16 Liqasında növbəti turun oyunları keçirilib. “Sumqayıt” futbol klubu “Kapital Bank Arena”da “Qəbələ”ni qəbul edib.
“Sumqayıt” Futbol Klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, klubun 16 yaşadək futbolçulardan ibarət komandası “Qəbələ” ilə heç-heçə edib (1:1).
Qeyd edək ki, “Sumqayıt”ın U-19 komandası isə “Qarabağ”a 0:3 hesabı ilə məğlub olub.