[ 06 Mart 2015 09:40 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il ərzində Azərbaycan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq Ermənistan tərəfinə 10 nəfər və 1 erməni hərbçisinin meyitini təhvil verib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.

 

 

Hesabatda qeyd olunub ki, 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə keçmiş 3 nəfər azərbaycanlıdan ikisi (Dilqəm Əhmədov, Şahbaz Quliyev) işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, bir nəfər (Həsən Həsənov) isə qətlə yetirilib.