Bakının Nizami rayonunda iki nəfərin bıçaqlanmasına səbəb olan hadisə baş verib. Hadisə zamanı 55 yaşlı Nəsibov Mübariz Məsim oğlu və onun tələbə yoldaşı, 53 yaşlı Kazımov Cavanşir Əkbər oğlu Mehdi Abbasov 43 ünvanında bıçaqlanıblar. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Yaralıları müayinə edən həkimlər Mübariz Nəsibovda çoxsaylı bıçaq xəsarətlərinin olduğunu bildiriblər.Hadisə zamanı onun yanında olan qohumuna da xəsarət yetirilib
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, hadisə barədə xəbər tutan polis əməkdaşları dərhal araşdırmalara başlayıblar. Zərərçəkənlər polisə bildiriblər ki, Mehdi Abbasov küçəsi ilə gedərkən şadlıq saraylarından birinin qarşısında bir neçə nəfərin mübahisə etdiklərini görəndə onlara yaxınlaşıb sakitləşdirmək istəyiblər. Bu zaman orada olan şəxslərdən biri bıçaqla onların üstünə hücüm çəkərək xəsarətlər yetirib.
Mübariz Nəsibovu və Cavanşir Kazımovu bıçaqlayandan sonra naməlum şəxs hadisə yerindən qaçıb. Hadisəni törədən şəxsin və ya şəxslərin tutulması istiqamətində Nizami Rayon Polis İdarəsi və 25-ci polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir. Hadisənin hansı səbəbdən baş verməsi başlanan cinayət işinin istintaqı zamanı məlum olacaq.
Qeyd edək ki, bıçaqlanan şəxslərdən biri Mübariz Nəsibov şair-publisistdir. O, 2007-ci ilə qədər Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

