Litvada “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib
Vilnüs, 5 mart, AZƏRTAC
Azərbaycanın Litvadakı səfirliyinin və Litva Olimpiya Komitəsinin təşkilatçılığı ilə Vilnüs şəhərində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Tədbirə Litvanın Baş naziri Alqirdas Butkyaviçüs, Seymin üzvləri, Litvanın Bədən Tərbiyəsi və İdman Departamentinin baş direktoru Eddis Urbonaviçüs, Litva Olimpiya Komitəsinin prezidenti, ölkənin siyasi-ictimai xadimləri, tanınmış idmançıları iştirak ediblər.
İdmanın onun həyatında böyük rol oynadığını bildirən Baş nazir Alqirdas Butkyaviçüs Azərbaycan ilə Litva arasında iqtisadi və humanitar sahələrdə mövcud olan dərin münasibətlərdən məmnunluğunu bildirib. Baş nazir hökumətin rəhbəri kimi Litva bayrağının Bakıda qaldırılmasının onun üçün vacib olduğunu bildirib və idmançılara uğurlar arzulayıb.
Səfir Həsən Məmmədzadə çıxışında birinci Avropa Oyunlarının başlanmasına artıq 100 gün qaldığını qeyd edib. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra 1996-cı ildən başlayaraq Olimpiya Oyunlarında iştirak etdiyini və bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirib. O, qısa bir zamanda idmançılarımızın böyük nailiyyətlər əldə etdiyini və son yay Olimpiya Oyunlarında Azərbaycanın milli komandasının 10 medal qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizin müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübəsi olduğunu qeyd edən diplomat dövlət tərəfindən idmanın inkişafına göstərilən dəstəyi, mövcud idman infrastrukturu və ölkənin ümumi sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsinin bu Oyunların məhz Azərbaycanda keçirilməsinə qərar verdiyini bildirib. Səfir birinci Avropa Oyunlarının Avropanın idman tarixində yeni səhifələr açacağına əmin olduğunu qeyd edərək, tədbir iştirakçılarını Oyunları canlı izləmək üçün Bakıya dəvət edib.
Litvanın Bədən Tərbiyəsi və İdman Departamentinin baş direktoru Eddis Urbonaviçüs bildirib ki, həqiqətən də birinci Avropa Oyunları böyük çağırış və perspektivdir. O, yarışın gələcəkdə də yüksək səviyyədə keçməsi üçün başlanğıcın vacib olduğunu qeyd edərək, Azərbaycanlı həmkarlarına birinci Avropa Oyunlarının hazırlığında və keçirilməsində uğurlar arzulayıb.
Tədbir iştirakçıları Avropa Oyunları haqqında videoçarxa baxdıqdan sonra çıxış edən Litva Olimpiya Komitəsinin prezidenti Dayna Qudzinaviçute Litva idmançılarının intensiv olaraq birinci Avropa Oyunlarına hazırlaşdıqlarını vurğulayıb. O, Azərbaycan tərəfindən Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə tam əmin olduğunu qeyd edərək, idmançılara uğurlar arzulayıb.
Sonda ziyafət verilib və Litvanın tanınmış sənətçilərinin iştirakı ilə konsert proqramı olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Ərəblərdən ulduz futbolçuya təklif
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04