Pavelin məşqçisi erməni olub (VİDEO)
Pavel Paşayevin atasının adı Vaqifdir. Anası ukraynalı olan "Paşa" 1988-ci il yanvarın 4-də Ukraynanın Luqansk bölgəsində yerləşən Krasnı Luç şəhərində doğulub. Pavel uşaqlıqda futbolla yanaşı, cüdo ilə də məşğul olub. Maraqlıdır ki, "Atlanta" klubunda onun məşqçisi erməni Sergey Muradyan olub. Paşayev 2004-cü ilin yayında "Dnepr"in əvəzedici komandasının sıralarına qoşulub. 2008-ci ilin sentyabrın 1-də "Krivbass"a icarəyə yollanan futbolçu 19 gün sonra "Tavriya" ilə matçda (1:1) meydana çıxmaqla Ukrayna çempionatında debüt edib.
2009-cu ilin yanvarında "Dnepr"ə qayıdarkən artıq Paşayevə əsas komandanın üzvü kimi baxılırdı. Bununla belə, azərbaycanlı futbolçu 2012/13 mövsümündə yenidən "Krivbass"da və ötən mövsüm "Karpatı"da icarə əsasında çıxış edib. O ötən ilin yayında isə "Metallurq"a keçib. Paşayev iyulun 25-də Zaporojye klubu ilə 1 illik müqavilə bağlayıb.
Pavel 2003-2009-cu illərdə Ukraynanın 17, 19 və 21 yaşadək futbolçulardan ibarət millərində çıxış edib. Əslində o, əsas millidə də debüt edib. Sadəcə 2009-cu ilin fevralın 10-da Slovakiya ilə yoldaşlıq oyunu rəsmi matç sayılmadığından, onun millimizdə oynaması asan görünür. Yeri gəlmişkən, slovaklara 2:3 hesabı ilə uduzduqları görüşdə o, fasilədə Vitali Mandzyukun əvəzinə meydana girib. Bundan başqa, o, Serbiya ilə oyunda da meydanda olub.
Onu da qeyd edək ki, Pavelin əkiz qardaşı da olub. Onun Maksim adlı qardaşı da "Dnepr" və "Krivbass"da çıxış edib. Lakin Maksim 2008-ci ilin dekabrında avtomobil qəzasında vəfat edib. Sonda onu da bildirək ki, hazırda "Sumqayıt" klubunda çalışan uşaq məşqçisi, Rəşad Sadıqov, Vaqif Cavadov kimi futbolçuların yetişməsində pay sahibi olmuş Vaqif Paşayevin Pavelin atası ilə heç bir əlaqəsi yoxdur.
O cari mövsüm "Metallurq"un heyətində 13 matçda meydana çıxıb. Sağ cinah müdafiəçisi olan 27 yaşlı futbolçu yalnız 1 matçda əvəzlənib. O, sonuncu turda "Qoverla" üzərindəki səfər qələbəsində (1:0) də 90 dəqiqə meydanda olub. Maraqlıdır ki, Pavel Paşayev millimizin müdafiənin sağ cinahındakı rəqibi Mahir Şükürov kimi sarı vərəqəyə meyilli oyunçulardandır.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51