[ 05 Mart 2015 15:32 ]



 

Bakı. Fuad Cəfərov – APA. Bakıda 80 yaşlı qadın yas mərasimində dünyasını dəyişib.

 

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Təbriz küçəsi bina 34-də qeydə alınıb.

 

 

Bakı şəhər sakini, 1935-ci il təvəllüdlü Əntiqə Əbdürrəhman qızı Hüseynova yas mərasimində ölüb.

 

İlkin məlumata görə, Ə. Hüseynova ürək tutmasından dünyasını dəyişib.