[ 05 Mart 2015 12:47 ]



Bakı. Fuad Cəfərov – APA. Bakıda hazırlıq kursundan pul oğurlayan şəxs tutulub.

 

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Rüstəm Kərimzadəyə məxsus "Elit-Academy" hazırlıq kursundan 5000 manat, 8 ədəd noutbuk, 1 ədəd televizor, 1 ədəd telefon və 1 ədəd yaddaş qurğusu oğurlamış Lənkəran rayon sakini Aqil Babayev tutulub.