Bakı, 4 mart, AZƏRTAC 
Azərbaycanın buzadırmanma üzrə milli komandası martın 6-dan 8-dək Rusiyanın Kirov şəhərində keçiriləcək buzadırmanma üzrə dünya çempionatında iştirak edəcək.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çempionatda ölkəmizi federasiyanın yeddi nəfərlik nümayəndə heyəti təmsil edəcək.
Kişilər və qadınlar arasında sürət üzrə üç gün davam edəcək yarışlarda komandamızın üzvləri qüvvələrini sınayacaqlar.