Bakı, 4 mart, AZƏRTAC
Dünya Güləş Birliyi (DGB) 2015-ci ilin fevralında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 10 sərbəst güləşçisi DGB-nin reytinq siyahısında yer alıb.
Ən yüksək göstərici isə son dünya çempionatının qızıl medalçısı Hacı Əliyev (61 kq) və gümüş mükafatçısı Xetaq Qazyumova (97 kq) məxsusdur. Hər iki güləşçimiz reytinqdə ikincidir. İlk onluqda Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq) və Şərif Şərifov (97 kq) da var.
Digər güləşçilərimiz - Əhmədnəbi Qvarzatilov (57 kq) 13-cü, Cəmaləddin Məhəmmədov və Əli İsayev (hər ikisi 125 kq) isə müvafiq olaraq 11 və 13-cü pillədə qərarlaşıblar.