Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispan müdafiəçi polisləri təhqir etdiyi üçün ona bu cəza təyin olunub. İnsident 2014-cü il oktyabrın 13-də, gecə klublarından birinin yaxınlığında baş verib.
AVRO-2016-nın təsnifat mərhələsində İspaniya - Lüksemburq matçından sonra Pikenin qardaşı Mark avtomobilini düzgün yerdə park etmədiyi üçün 900 avro cərimələnib. Futbolçu isə buna sərt reaksiya göstərərək polisləri təhqir edib. Pikenin apellyasiya şikayəti vermək hüququ da var.
Milli.Az