R. T. Ərdoğan üç ölkə arasında nəqliyyat və enerji sahəsində əməkdaşlıq əlaqələrinin qurulduğunu söyləyib: “Orta Asiyanın Xəzər dənizi vasitəsilə dünya bazarına çıxması baxımından Türkmənistan vacib mövqeyə malikdir. Görüşümüzdə Türkmənistan qazının Türkiyə vasitəsilə Avropa bazarına daşınması barədə fikir mübadiləsi apardıq. Bu sahədə başda Azərbaycan olmaqla, digər bölgə ölkələri ilə dialoq və əməkdaşlıq qururuq”. Xatırladaq ki, Türkmənistanın prezidenti Qurbanqulu Berdimuhammedov Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində iki ölkə arasında bır sıra sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.
Milli.Az











