“Real Madrid”də yeni baş məşqçi Joze Mourinyonun gələn mövsüm heyət planlaması ilə bağlı qərarı məlum olub.

Metbuat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis müdafiə xəttində Alvaro Karreras və Raul Asensioya güvənməyi planlaşdırmır. “Madrid Universal”ın məlumatına görə, Raul Asensio klubda qalmaq istəsə də, “Real Madrid” onun üçün ya uyğun maaş şərtləri olan yeni komanda tapmalı, ya da futbolçunun gələcəyi ilə bağlı qərar verilməlidir.

Ötən mövsüm “Real”a transfer olan Alvaro Karrerasın karyeraası əsasən Mourinyonun qərarından asılıdır. Əgər portuqaliyalı çalışdırıcı onun komandada qalmasını istəməzsə, müdafiəçinin klubdan ayrılması gündəmə gələ bilər.