İlk dəfə uç ölkədə keçirilən futbol üzrə dünya çempionatında maraqlı qarşılaşmalardan biri də Fil Dişi və Ekvador yığmaları arasında baş tutub.
Metbuat.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyun Fil Dişi komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qol 90-ci dəqiqədə qeydə alınıb.
Oyunun ulduzlarından biri də İstanbulun "Qalatasaray" klubunun üzvü Vilfrid Singo olub. 26 yaşlı futbolçu həm mükəmməl oyunu, həm də verdiyi qol ötürməsi ilə qələbədə böyük pay sahibi olub.
Türkiyə mətbuatı məhsuldar ötürmə ilə yadda qalan yarımmüdafiəçinin ünvanına təriflər yağdırıb.