Arda Güler yeni mövsümdə komandanın ən vacib oyunçularından birinə çevrilə bilər.

Metbuat.az xəbər verir ki, "Real Madrid"in yeni baş məşqçisi Joze Mourinyo gənc futbolçunun potensialına böyük önəm verir və onu orta sahənin əsas simalarından biri kimi görür. Portuqaliyalı mütəxəssis Ardanın yaradıcılıq qabiliyyətinin komandaya ciddi fayda verəcəyinə inanır.

Qeyd edək ki, Joze Mourinyonun türkiyəli futbolçuya marağı yeni deyil. Təcrübəli çalışdırıcı daha əvvəl "Fənərbaxça"nı çalışdırdığı dönəmdə də Arda Güleri heyətinə cəlb etmək niyyətində olub. Lakin həmin vaxt tərəflər arasında razılıq əldə edilmədiyi üçün transfer reallaşmayıb.