“Real Madrid”in transfer planları ilə bağlı yeni iddialar gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, futbol insayderi Fabrizio Romanonun sözlərinə görə, klub bir neçə futbolçunun transferi üzrə artıq razılıq əldə edib və bu keçidlər yekunlaşıb.

İddialara əsasən, söhbət Denzel Dumfries, İbrahima Konate və Bernardo Silva kimi futbolçulardan gedir. Məlumata görə, “Real Madrid” prezidenti Florentino Peres transfer prosesini davam etdirmək niyyətindədir.