İstanbulun "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk daha 2 il doğma komandanın sükanı arxasında olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV "Qalatasaray" prezidenti Dursun Özbekin 52 yaşlı mütəxəssisə 2 illik müqavilə təklif etdiyini açıqlayıb.

Xəbərdə baş məşqçinin illik maaşının gələn mövsümdən etibarən iki dəfə artacağı vurğulanıb. Bildirilib ki, hazırda 200 milyon lirə maaş alan Burukun 2026-27-ci illərdəki məvacibi 400 milyon tl olacaq.

Qeyd edək ki, Okan Buruk 4 ildir "Qalatasaray"ın baş məşqçisi vəzifəsində çalışır. İstanbul təmsilçisi onun rəhbərliyi ilə 4 dəfə Türkiyə çempionu olub.