Son araşdırmalar maraqlı nəticəni ortaya çıxarıb.

Metbuat.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, gündəlik 10-15 dəqiqə günəş işığı almaq həm əhval-ruhiyyəni yaxşılaşdırır, həm də yuxu keyfiyyətinə müsbət təsir edir. Günəş şüalarının orqanizmdə D vitamini səviyyəsini artırdığı qeyd olunur.

Araşdırmaya görə, günəş işığı çatışmazlığı halsızlıq, stress və diqqət dağınıqlığı yarada bilər. Həkimlər xüsusilə səhər saatlarında qısa gəzintilərin sağlamlıq üçün faydalı olduğunu vurğulayırlar.