Portağalın immun sistemini gücləndirən əsas meyvələrdən biri olduğunu bildirilir.
Metbuat.az xəbər verir ki, bu meyvə yüksək C vitamini ilə zəngindir. C vitamini orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Portağalın tərkibində olan antioksidantlar hüceyrələri zərərli təsirlərdən qoruyur. Mütəxəssislər xüsusilə mövsümi xəstəliklər zamanı bu meyvənin qəbulunu tövsiyə edir.
Araşdırmalar göstərir ki, müntəzəm istifadə immuniteti əhəmiyyətli dərəcədə gücləndirir. Həkimlər gündə ən azı bir ədəd portağal yeməyi məsləhət görür.