Yanvar-oktyabr aylarında Türkiyənin hamsi ixracatı 12 milyon 887 min 842 dollara çatıb. Şərq Qaradəniz İxracatçılar Birliyinin sədr müavini Əhməd Həmdi Gürdoğan ilin ilk 10 ayında xaricə 2739 ton hamsinin göndərildiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, Gürdoğan ötən ilin eyni dövrü ilə müqayisədə hamsi ixracının kəmiyyətcə 20 faiz, dəyər baxımından isə 5 faiz artdığını qeyd edib.
Sədr müavini ilin ilk 10 ayında 19 ölkəyə hamsi satdıqlarını bildirib. Onun sözlərinə görə, Belçika, Fransa və Almaniya ən çox hamsi balığı alan ölkələrdir.
Gürdoğan qeyd edib ki, yanvar-oktyabr ayları arasında Belçikaya 3 milyon 931 min 390, Fransaya 3 milyon 785 min 505, Almaniyaya isə 1 milyon 794 min 77 dollarlıq balıq ixrac edilib.