“Ümumi dövlət və özəl tibb müəssisələri üzrə icra olunan əməliyyat və prosedurların sayı 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 5% artaraq 571 449-a çatıb”.
Metbuat.az xəbər verir ki, bunu Gəncə şəhərində media nümayəndələri üçün təşkil edilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
"2024-cü ilin eyni dövründə bu rəqəm 542 516 təşkil edib. Dövlət tibb müəssisələrində ən çox ginekologiya , urologiya, oftalmologiya əməliyyatları icra edilib".
Aynurə Əhmədova qeyd edib ki, tibb müəssisələrinə edilən müraciətlərin sayı da artıb:
" 2025-ci ilin ilk 10 ayında tibbi müraciətlərin sayı 20 879 657 təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 14% artım deməkdir. Tibb işçilərinin sayında 12% artım qeydə alınıb".