İtaliya A Seriyasında 10-cu turda “Empoli” doğma meydanda “Yuventus”u qəbul edib. Hesab ev sahibi açıb. Belə ki, 28-ci dəqiqədə Kaputo oyunda ilk qolu vurub.
Publika.az xəbər verir ki, 54-cü dəqiqədə Ronaldo rəqibin qapsına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib. 70-ci dəqiqədə isə portuqaliyalı hücumçu uzaq məsafədən baxımlı qol vuraraq komandasına qələbə qazandırıb.